Şamaxı Rəsədxanasında çatlar yaranıb

Abunə olmaq
Binanın üz qabıığında, aqlay daşlarında çatlar əmələ gəlib

BAKI, 6 fevral — Sputnik. Ötən gün respublika ərazisində baş vermiş yeraltı təkanlar İsmayıllı, Ağsu və Şamaxıda daha çox hiss edilib. Zəlzələ fəsadsız ötüşməyib. Baş vermiş yeraltı təkanlar nəticəsində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında da çatlar yaranıb.

Rəsədxananın direktor müavini Xıdır Mikayılov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Zəlzələ çox güclü olsa da, rəsədxana yeni təmirdən çıxdığı üçün binaya elə də güclü ziyan vurmayıb. Sadəcə olaraq binanın üz qabığında, aqlay daşlarında çatlar əmələ gəlib, bəziləri isə yerə düşüb. Binanın içi isə salamatdır. Teleskoplar qaydasındadır".

Qeyed edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ötən gün saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Xəbər lenti
0