Rəsədxananın direktor müavini zəlzələnin fəsadlarından danışır

© © Xıdır Mikayılovun şəxsi arxivindənXıdır Mikayılov
Xıdır Mikayılov - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxananın direktor müavini Xıdır Mikayılov deyib ki, rəsədxana yeni təmirdən çıxdığı üçün elə də güclü ziyan dəyməyib
Xıdır Mikayılov: “Zəlzələ çox güclü olsa da, ziyan vurmayıb”

Ötən gün respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar İsmayıllı, Ağsu və Şamaxıda daha çox hiss edilib. Baş vermiş zəlzələ nəticəsində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında çatlar yaranıb.

Rəsədxananın direktor müavini Xıdır Mikayılov Sputnik Azərbaycan-a deyib ki, zəlzələ çox güclü olsa da, rəsədxana yeni təmirdən çıxdığı üçün elə də güclü ziyan vurmayıb: “Sadəcə olaraq binanın üz qabığında, aqlay daşlarında çatlar əmələ gəlib, bəziləri isə düşüb. Binanın içi isə salamatdır. Teleskoplar qaydasındadır”.

Qeyed edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, ötən gün saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Xıdır Mikayılovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0