CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişi beyni qadın beynindən daha qocadır

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidBeyin
Beyin - Sputnik Azərbaycan
Abunə olmaq
Beyinin yaş fərqi təkcə yaşlılarda deyil, eləcə də 20 yaşlı iştirakçılarda da müəyyən edilib

BAKI, 6 fevral — Sputnik. Vaşinqton universitetinin Tibb məktəbinin alimləri apardıqları araşdırma zamanı belə qənaətə gəliblər ki, kişilərin beyni qadınlarla müqayisədə daha tez qocalır.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmada 200 nəfər iştirak edib. Onlar metobolizmin yaşla dəyişmə sürətini göstərən kompüter tomoqrafiyasından keçiblər.

Городской праздник Москва Велосипедная в ЦПКиО им.Горького - Sputnik Azərbaycan
Sağlam beyin üçün 30 dəqiqə...

Məlumatlar sübut edib ki, qadınların beyni yaşıdları olan kişilərin beynindən 3 il gəncdir.

Məlumdur ki, beyin üçün əsas yanacaq qlükozadır. Ancaq illər keçdikdə onun istehsal üsulu dəyişir.

Gənclərdə qidalandırıcı vasitələrin çoxu hüceyrələrin inkişafına kömək edən "aerobik glikoliz" adlı bir prosesə xərclənir. Tədricən, onun intensivliyi azalır və 60 yaşında minimuma enir.

Alimlər qərara gəliblər ki, qadın və kişinin metabolizmini öyrənsinlər. Onlar süni intellekt vasitəsilə 20-84 yaşları arasında 121 qadın və 84 kişinin məlumatlarını araşdırıblar.

Alqoritm beynin vəziyyətinə görə, şəxsin yaşını müəyyənləşdirmək üçün hazırlanıb. O, qadınlara xronoloji yaşdan orta hesabla 3.8 il az, kişilərə isə 2.4 il çox yaş verib.

Beyinin yaş fərqi təkcə yaşlılarda deyil, eləcə də 20 yaşlı iştirakçılarda da müəyyən edilib. Alimlər bu vəziyyətin səbəbini açıqlaya bilməyib.

Xəbər lenti
0