BAKI, 6 fevral — Sputnik. Parisdə Eyfel qülləsi müvəqqəti olaraq ziyarətə bağlanıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ölkədə ümumxalq tətildir.
Qeyd edək ki, çərşənbə axşamı " Ümumi Əmək Konfederasiyası" bütün işçiləri ölkədəki "fövqəladə sosial vəziyyətlə" bağlı tətilə çağırıb.
Dəmiryolçuların federasiyası isə fevralın 4-ü axşamdan fevralın 6-sı səhərə qədər tətil elan edib.
Paris sürücülərinin də bu tətillərə qoşulacağı gözlənilir.
Bu vəziyyətin təkcə Parisdə deyil, Lion, Bordo, Marsel, Nant, Strasburq kimi digər böyük şəhərlərində də olacağı gözlənilir.