Tramp amerikalıların yarıdan çoxunun "qara siyahı"sına düşüb

© REUTERS / JIM YOUNG ABŞ prezidenti Donald Tramp
 ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla bağlı keçirilən sorğunun nəticələrini "Politico" nəşri yayımlayıb

BAKI, 6 fevral — Sputnik. Amerikalıların yarıdan çoxu 2020-ci ildə keçiriləcək seçkilərdə hazırkı prezident Donald Trampa səs verməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı keçirilən sorğunun nəticələrini "Politico" nəşri yayımlayıb.

Araşdırmaya əsasən, respondentlərin 52%-i digər namizədə bir səs verəcəyini deyib. Yalnız rəyi soruşulan 26% respondent Trampa qəti olaraq səs verəcəyini, daha 10% isə, ola bilsin, ona səsə verəcəyini bildirib. Amerikalıların 6%-i öz səsini ölkənin hazırkı prezidentinin rəqibinə verəcəyini qeyd edib.

Qeyd olunur ki, rəyi soruşulanların 56%-i Trampın fəaliyyətini dəstəkləmir, 44%-i ona qarşıdır, 41%-i Trampın fəaliyyətini dəstəkləyir, 23%-i isə onu qəti şəkildə dəstəkləyir.

Xəbər lenti
0