CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident cəmiyyətdə böyük narazılığa səbəb olan qərarı ləğv etdi

Abunə olmaq
Azərbaycan Prezidentinin göstərişi ilə meşə təsərrüfatında meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən ödənişlərə dəyişikliklər ləğv olundu

BAKI, 6 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.

Bu barədə Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir.

Qeyd edək ki, meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq ödənilir. Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin qanuni əsas olmadan əldə edilməsinə görə ödənişlərin nəzərəçarpacaq dərəcədə artırılmasını nəzərdə tutub.

Xəbər lenti
0