BAKI, 5 fevral — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-ci il tarixlərində baş tutacaq növbəti Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə trekin ətrafına baryerlər quraşdırmağa davam edir.
Bakı Şəhər Halqasından Sputnik Azərbaycan-a verilən məlumata görə, indiki mərhələdə Xəqani küçəsinin Puşkin küçəsi ilə Bülbül prospekti arasında olan hissələrinə baryerlər quraşdırılır. Şəhər sakinlərindən xahiş olunur ki, gecə saatlarında (22:00 – 06:00) Xəqani küçəsinin bu hissəsində avtomobillərini saxlamasınlar, əvəzində yaxın ərazilərdə yerləşən parklanma yerlərindən istifadə etsinlər.