BAKI, 5 fevral — Sputnik. Türkiyənin İzmir, Konya, Kocaeli və Bursa şəhərlərində FETÖ (Fətullahçı Terror Təşkilatı) şəbəkəsinə qarşı növbəti əməliyyat keçirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 50-dən çoxu hərbçi olmaqla, ümumilikdə, 132 nəfər tutulub.
Əməliyyatın hədəfi Türk Silahlı Qüvvələri daxilinə sızmış şəbəkə üzvlərini zərərsizləşdirmək olub. Saxlanılan hərbçilər arasında zabitlər, çavuşlar və sıravi əsgərlər var.