"Məqsəd Azərbaycanı turizm ölkəsinə çevirməkdir"

© Sputnik / Murad OrujovИсполнительный директор Азербайджанского бюро по туризму Флориан Зенгстшмид
Исполнительный директор Азербайджанского бюро по туризму Флориан Зенгстшмид - Sputnik Azərbaycan
Abunə olmaq
“Artıq biz öz brendlərimizi də sponsor kimi “Formula 1” yarışına cəlb edə biləcəyik”

BAKI, 5 fevral – Sputnik. Bu gün Bakıda “Sponsorluq imkanları və iqtisadi fürsətlər” adlı forum keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Azərbaycan Amerika Ticarət Palatasının icraçı direktoru Natavan Məmmədova, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çıxış ediblər.

Florian Zenqstşmid bildirib ki, məqsəd Azərbaycanı turizm ölkəsinə çevirməkdir: “Günü-gündən aparılan işlər də məhz bunun üçündür. Bütün dünya ölkələrindən Azərbaycana turizm cəlb etməyə çalışırıq. Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrlə də turizm əlaqələri qururuq”.

© Sputnik / Murad OrujovBakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov
Məqsəd Azərbaycanı turizm ölkəsinə çevirməkdir - Sputnik Azərbaycan
Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov

Arif Rəhimov isə qeyd edib ki, məqsəd yerli brendləri də əlçatan etməkdir: “Artıq biz öz brendlərimizi də sponsor kimi “Formula 1” yarışına cəlb edə biləcəyik”.

Xəbər lenti
0