CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Adı "Azəriqaz"ın siyahısına düşməyən kəndin camaatı yardım istəyir

© Sputnik / Leyla AbdullayevaEvləri isitmək üçün istifadə edilən odunlar
Evləri isitmək üçün istifadə edilən odunlar - Sputnik Azərbaycan
Abunə olmaq
Qış aylarının bu ərazilərdə çox sərt keçməsi onların işini daha da çətinləşdirir

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Quba regionlarımız arasında təbiətinə, füsunkarlığına və turist axınına görə fərqlənir. Lakin turizmin inkişafına baxmayaraq, rayonun hələ də bir çox kəndlərində maye qaz yoxdur.

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Qubanın Məçkə-xacə kəndinin sakinləri məlumat veriblər. Şikayət edən kənd sakini Şahin Əmirovun sözlərinə görə, kənd Quba Rayon İcra Hakimiyyətinin Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə tabedir.

"2017-2018-ci illər aralığında Rustov kəndinə maye qazın çəkilişi təmin olundu. Həmin vaxt bizim kəndimizin də az bir hissəsinə maye qazı çəkildi. Lakin layihə yarımçıq saxlanıldığına görə kəndimiz maye qazsız qalıb" - sakin bildirib.

Şikayətçinin sözlərinə görə, qış aylarının bu ərazilərdə çox sərt keçməsi onların işini daha da çətinləşdirir: "Evlərimizi isitmək üçün məcburiyyətdən odun alırıq. Burada bir dolu maşın odunun qiyməti 300-350 manatdır. Bu da kəndli üçün çox böyük məbləğdir".

"Digər tərəfdən, kənddə olan evlərin əksəriyyəti iki mərtəbəli və geniş otaqlıdır. Buna görə də bir maşın odun bir ailəyə bəs etmir. Kəndli bilmir ki, qazancı ilə evinin istiliyini təmin etsin, yoxsa ailəsinin tələbatını ödəsin. Ümid edirəm ki, səsimiz tezliklə eşidiləcək və kəndimiz maye qazla təmin olunacaq" - Ş.Əmirov qeyd edib.

Digər kənd sakini Məmməd Orucəliyev də qonşusunun dediklərinə şərik olub: "Biz artıq qış aylarında yanacağa pul verməkdən yorulmuşuq. Həm də təbiətə nə qədər ziyan vurduğumuzu anlayırıq. Amma məcburuq. Evdə körpəmiz, qocamız var. Odun yandırmağın başqa mənfi cəhəti evin hiss olmasıdır. Məcbur qalıb hər il, demək olar ki, evimizi təmir etdiririk".

© Sputnik / Leyla AbdullayevaEvləri isitmək üçün istifadə edilən odunlar
Evləri isitmək üçün istifadə edilən odunlar - Sputnik Azərbaycan
1/3
Evləri isitmək üçün istifadə edilən odunlar
© Sputnik / Leyla AbdullayevaEvləri isitmək üçün istifadə edilən odunlar
Evləri isitmək üçün istifadə edilən odunlar - Sputnik Azərbaycan
2/3
Evləri isitmək üçün istifadə edilən odunlar
© Sputnik / Leyla AbdullayevaEvləri isitmək üçün istifadə edilən odunlar
Evləri isitmək üçün istifadə edilən odunlar - Sputnik Azərbaycan
3/3
Evləri isitmək üçün istifadə edilən odunlar
1/3
Evləri isitmək üçün istifadə edilən odunlar
2/3
Evləri isitmək üçün istifadə edilən odunlar
3/3
Evləri isitmək üçün istifadə edilən odunlar

"Məktəbdəki vəziyyətdən isə danışmağa ehtiyac yoxdur. Kəndimizə təzə məktəb tikilməsinə baxmayaraq, odun sobası sinif otaqlarını yararsız hala salıb. Uşaqlarımız məktəbə getmək əvəzinə meşəyə odun toplamağa gedirlər. Belə bir dövrdə məktəblilərin belə problemlə qarşılaşması ağlasığmaz haldır" - o vurğulayıb.

Kənd sakinləri dəfələrlə icra nümayəndəliyinə bu problemlə əlaqədar müraciət etdiklərini söyləyiblər.

Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqəsi saxlayıb. İ.Kərbalayev gələn üçün Qubanın 11 kəndinin qazlaşdırılması üzrə siyahı hazırlandığını bildirib.

"Amma həmin siyahıda Məçkə-xacə kəndi yoxdur. Bununla belə, həmin kəndin adı da siyahıya salınacaq və gələcək illərdə bu kəndin də qazlaşdırılması məsələsinə toxunulacaq" - deyə "Azəriqaz" sözçüsü əlavə edib.

Xəbər lenti
0