BAKI, 5 fevral — Sputnik. Bu gün yerli vaxtla saat 17:24-də Yardımlı stansiyasından 24 km şimal-şərqdə - Lerik rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəlzələ episentrdə 4 bala yaxın, ətraf rayonlarda 3 bala qədər hiss olunub.