CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş redaktor: “Bizdə heç bir qəzetin abunədən kənar 5 min tiraj satılmaq imkanı yoxdur”

© Photo : HaftaAkif Aşırlı, "Şərq" qəzetinin baş redakoru
Akif Aşırlı, Şərq qəzetinin baş redakoru - Sputnik Azərbaycan
Abunə olmaq
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, müxtəlif ölkələrdə çap mediasının yaşaması üçün dövlətin konsepsiyası var
Akif Aşırlı: “Yüksək tirajla çıxan qəzetlər də abunə sisteminə əsaslanır”

“İnternet mediasının inkişafı çap mətbuatına mənfi təsir göstərir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

“Tirajların azalması dünya mediasında baş verən proseslərə görədir. Azərbaycan mediası da dünyanın bir parçası olduğu üçün eyni hal müşahidə edilir. Müxtəlif ölkələrdə çap mediasının yaşaması üçün dövlətin konsepsiyası var. Hətta bəzi ölkələrdə az tirajlı qəzetlərə maliyyə yardımı edilir ki, inkişaf edib ictimai rəyə təsir imkanı artsın. Bizdə isə əksinə olaraq tiraj sayını əsas götürürlər. Onu da qeyd edim ki, yüksək tirajla çıxan qəzetlər də abunə sisteminə əsaslanır. Bu da hansısa inzibati yollarla tənzimlənir. Azərbaycanda heç bir qəzetin abunədən kənar 5 min satılmaq imkanı yoxdur”.

Qeyd edək ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib. İclasda çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyinə görə, KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında dəyişikliklər edilib.

Xəbər lenti
0