Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST: Hər il on doqquz milyondan artıq insana xərçəng diaqnozu qoyulacaq

CC0 / Colin Behrens / CanserXərçəng hüceyrələri
Xərçəng hüceyrələri - Sputnik Azərbaycan
Abunə olmaq
hər il dünyada 8 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir

BAKI, 5 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 18 milyon şəxsə ilk dəfə olaraq xərçəng xəstəsi diaqnozu qoyulur. 2025-ci ilədək isə bu rəqəmin artıq 19.3 milyon olacağı proqnozlaşdırılır.

Ölüm səbəblərinə görə, ürək, qan-damar xəstəliklərindən sonra ikinci yerdə qərarlaşan xərçəng xəstəliyinə səbəb olan bir sıra başlıca amillər var. Alimlərin sözlərinə görə, piylənmə, oturaq həyat, meyvə-tərəvəzin lazımı qədərdə yeyilməməsi, hərəkətsizlik xərçəngə səbəb olan əsas amillərdən biridir.

Araşdırmalara görə, ölümlə bağlı rəqəmlər daha zəif inkişaf etmiş ölkələrdə digərləri ilə müqayisədə yüksəkdir.

Qeyd edək ki, hər il dünyada 8 milyon insan xərçəng xəstəliyindən dünyasını dəyişir.

Xəbər lenti
0