CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan və Ermənistan xalqları sülhə hazır deyil"

© AltabaƏvəz Həsənov
Əvəz Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Əvəz Həsənov: "Xalqları sülhə hazırlamaq üçün münaqişənin dəqiq konturları hər iki ölkə tərəfindən müəyyənləşdirilib, xalqlara çatdırılmalıdır"

BAKI, 4 fevral — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Humanitar Tədqiqatlar İctimai Birliyi tərəfindən "Xalqları sülhə hazırlama: ötən dövrün təcrübəsi və yeni çağırışlar" adlı tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyin sədri, konfliktoloq Əvəz Həsənov xalqların sülhə hazırlanması prosesi haqqında məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan və Ermənistan xalqları sülhə hazır deyil: "Xalqları sülhə hazırlamaq üçün münaqişənin dəqiq konturları hər iki ölkə tərəfindən müəyyənləşdirilib, xalqlara çatdırılmalıdır. Bu prosesdə vətəndaş cəmiyyətinin üzərinə ağır yük düşür. Çünki 20 ildən artıq müharibə şəraitində yaşayan xalqlar sülhü məğlubiyyət kimi qəbul edirlər".

Xəbər lenti
0