Azər Həsrət: “Dünya artıq çap mediasından imtina etməyə başlayıb”

Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, çap mediasına olan dəstəyin onlayn mediaya yönəldilməsinin tərəfdarıyıq
Azər Həsrət: “Çap mediasının irəli getməsi şübhəlidir”

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının iclası keçirilib. İclasda çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyinə görə, KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında dəyişikliklər edilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, çap mediasına KİVDF tərəfindən yetərincə dəstək göstərilir: “Ancaq hamıya məlumdur ki, çap mediasının irəli getməsi şübhəlidir. Dünya artıq çap mediasından imtina etməyə başlayıb. Bir çox ölkələrdə aparıcı media orqanları çap versiyadan imtina edərək, onlayn formada fəaliyyət göstərir. Azərbaycan hökuməti də çap mediaya dəstək göstərir, ancaq bu dəstəyin onlayn mediaya yönəldilməsinin tərəfdarıyıq. Onlayn mediada irəliləyişə nail olmağımız vacibdir" - deyə o bildirib.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Xəbər lenti
0