BAKI, 2 fevral — Sputnik. Havaların soyuq olmasına baxmayaraq Türkiyədə meşə yanğınları başlayıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin 6 müxtəlif yerdə meşə yanğın baş verib. Belə ki, yanvar ayı boyunca 6 dəfə meşə yanğını olub. Yanğınların böyük hissəsi həmin gün söndürülüb və yanğının qarşısı alınıb.
İlk meşə yanğını 1 yanvar 2019-cu ildə Antalyanın Qızılı kəndində baş verib. Daha sonra Trabzondan Osmaniyəyə, Adanadan Giresə qədər 4 fərqli şəhərdə yanğınlar baş verib.