Kiprdən hamını çox üzən pis xəbər gəldi

Abunə olmaq
Onu vəsiyyətinə uyğun olaraq 34 yaşında dünyasını dəyişən oğlu Raifin yanında dəfn edəcəklər

BAKI, 2 fevral — Sputnik. Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş rəhbəri Rauf Denktaşın həyat yoldaşı dünyasını dəyişib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aydın Denktaş bir müddət tənəffüs çatışmazlığından müalicə olunub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və Aydın Denktaş bu gün səhər saat 08:20-də 86 yaşında vəfat edib.

© sozcuŞimali Kipr Türk Cümhuriyyətinin keçmiş rəhbəri Rauf Denktaş həyat yoldaşı Aydın Denktaş ilə
Kiprdən hamını çox üzən pis xəbər gəldi - Sputnik Azərbaycan
Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş rəhbəri Rauf Denktaş həyat yoldaşı Aydın Denktaş ilə

Aydın Denktaş bazar ertəsi dəfn ediləcək. Onu vəsiyyətinə uyğun olaraq, 34 yaşında dünyasını dəyişən oğlu Raifin yanında dəfn edəcəklər.

Aydın Denktaşın qızı Endər Denktaş Vangöl sosial mediada belə yazıb: “Anamız atamıza qovuşdu. Bir çinarımızı da belə itirdik”.

© sozcuŞimali Kipr Türk Cümhuriyyətinin keçmiş rəhbəri Rauf Denktaş həyat yoldaşı Aydın Denktaş ilə
Kiprdən hamını çox üzən pis xəbər gəldi - Sputnik Azərbaycan
Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş rəhbəri Rauf Denktaş həyat yoldaşı Aydın Denktaş ilə

Qeyd edək ki, Aydın Denktaş Rauf Denktaş ilə 16 yaşı olan zaman ailə qurub və 63 il ailəli olub. Rauf Denktaş 2012-ci ildə vəfat edib.

Xəbər lenti
0