BAKI, 2 fevral — Sputnik. Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Mehr" informasiya agentliyinə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən xəbər verilib.
Məlumata əsasən, terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.
"Ceyş-ül-Zülm" terror qruplaşması bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.