BAKI, 2 fevral — Sputnik. Gənc cütlük dünyanın 63 ölkəsini gəzib.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, argentinalı cütlük dünyanın bir hissəsini gəzmək üçün tura çıxıb. Bu günədək onlar ABŞ, Braziliya, Misir, Xorvatiya, Yaponiya, İtaliya, Bolqarıstan və Portuqaliya, Türkiyə kimi ölkələri gəziblər. Onların ən böyük arzusu isə bütün dünyanı gəzməkdir.
Cütlük bu səfəri həyata keçirmək üçün əlindəki bütün daşınar və daşınmaz əmlakı satıb.