Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın iqtisadi inkişafını göstərir. Eyni zamanda Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi münasibətlərin də önəmli bir hissəsini təşkil edir". "Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə səfiri Erkan Özoral ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin yanvarın 30-da Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlığı zamanı jurnalistlərə müsahibəsində deyib.
“Hər iki ölkə bir-birinin iqtisadiyyatına çox önəmli investisiyalar yatırır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində 10 il əvvəl tam fərqli mənzərə - köhnəlmiş, yararsız, fəaliyyət göstərməyən müəssisələr vardı. Bu gün bu ərazidə çox gözəl, müasir müəssisələr yaradılıb. Burada istehsal olunan məhsulların böyük hissəsinin Türkiyəyə, o cümlədən dünya ölkələrinə ixracı planlaşdırılır. İnşallah, bu satış həyata keçiriləcək. Bu, Türkiyə və Azərbaycanın qardaşlığının simvoludur. Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələr təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin iqtisadiyyatına da töhfə verəcək”, - deyə səfir bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.
Türkiyə səfiri Erkan Özoralın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz