BAKI, 1 fevral — Sputnik. Türkiyənin Kütahya əyalətinin Simav adlanan məkanında yaşı 2 min 700 ildən artıq yaşı olduğu söylənilən oyuncaqlar mühafizə olunur.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 1976-cı ildə Simavda vətəndaşlar tərəfindən tapılan və Arxeologiya Muzeyində nümayiş etdirilən oyuncaqların 2 min 700 yaşı olduğu qeyd olunub.
Məlumata görə, bu oyuncaqlar bişirilmiş torpaqdan hazırlanıb. Oyuncaqların frigiyalıların dövrünə aid olduğu bildirilib.