BAKI, 1 fevral — Sputnik. NASA Almaniyanın Hava İdarəsi və Kosmik Mərkəzilə birgə yeni proqramı reallaşdırıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Yerin cazibə qüvvəsi və İqlim təcrübəsi" (GRACE) adlandırılan proqramda 2002-2017-ci ilin təsvirləri, rəqəmləri və dəyişiklikləri haqda məlumatlar əksini tapıb.
Proqramda son 15 il üçün açıqlanan məlumatlar sırasında ən çox diqqət çəkən məlumat isə Antarktida qitəsi ilə bağlı olub. NASA-nın məlumatına görə, qitədə cazibə qüvvəsinin anomaliyasının olması faktı təsdiqini tapıb. Bunun səbəbi ilə bağlı rəsmi açıqlama olmasa da, bu və buna bənzər iddialar daha öncələr də ortaya atılmışdı.
2006-cı ildə alimlər belə bir iddia irəli sürmüşdülər ki, Antarktidada böyük göy daşı effektini verən nəhəng krater var.