İŞİD bir ildən az müddətdə Suriyada əvvəlki mövqeyini bərpa edə bilər

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD terrorçuları Suriyanın bəzi rayonlarında hakimiyyətin boşluğu şəraitində "xilafəti fiziki şəkildə" bərpa etməyə çalışırlar

BAKI, 1 fevral - Sputnik. İŞİD terror qruplaşması hərbi təzyiq olmayacağı təqdirdə bir ildən az müddət ərzində Suriyada ərazi işğalını bərpa edə biləcək vəziyyətdədir.

“Report” xəbər verir ki, bu barədə Pentaqonda hazırlanmış hesabata istinadən NBC telekanalı məlumat yayıb.

"Sarsılmaz qətiyyət" əməliyyatının gedişatı barədə rüblük sənəd Amerika hərbçiləri, ABŞ-ın hökumət təşkilatları və açıq mənbələrin məlumatları əsasında Pentaqonda baş müfəttiş ofisi tərəfindən tərtib olunub.

Hesabata əsasən, İŞİD terrorçuları Suriyanın bəzi rayonlarında hakimiyyətin boşluğu şəraitində "xilafəti fiziki şəkildə" bərpa etməyə çalışırlar. Hərbi təzyiq olmayacağı təqdirdə bunun üçün onlara 6 aydan 12 ayadək vaxt lazım olduğu vurğulanır.

Xəbər lenti
0