BAKI, 1 fevral — Sputnik. Xəbər verdiyimiz kimi Azərbaycanda xəstəxanalara müraciət edənlərdən 16 nəfərə H1N1 virusu diaqnozu qoyulub. Maraqlıdır, virusun yayılması ilə əlaqədar olaraq məktəblərdə tədris dayandırılacaqmı? Təhsil Nazirliyi Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunub ki, bu məsələ nazirliyə aid deyil.
Səhiyyə Nazirliyindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq dərslərin dayandırılmasına ehtiyac duyulmadığı qeyd olunub: "Epidemioloji vəziyyət nəzarət altındadır, ona görə də dərslərin dayandırılmasına ehtiyac duyulmur".