Erməni diplomatların "qara günləri" başladı

© Sputnik / Asatur YesayantsСотрудники министерства диаспоры и культуры собрались перед зданием правительства Армении (21 декабря 2018). Еревaн
Сотрудники министерства диаспоры и культуры собрались перед зданием правительства Армении (21 декабря 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan hökuməti diplomatik nümayəndəliklərdə kütləvi ixtisarlar aparacaq

BAKI, 1 fevral — Sputnik. Ermənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayında ixtisarlar olacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu "Jamanak" nəşri diplomatik mənbələrə istinadən xəbər verir. 

Резиденция премьер-министра Армении - Sputnik Azərbaycan
Paşinyanın iqamətgahından oğurluq etdilər

Qeyd olunur ki, ixtisarlar dövlət aparatının optimallaşdırılması çərçivəsində həyata keçiriləcək. "Diplomatik korpusdan alınan məlumatlara əsasən, Ermənistandan ixtisara düşəcək əməkdaşların sayına dair məlumat daxil olub. Bu rəqəm 20-30% aralığında dəyişir" - deyə nəşr yazır

Ermənistanın baş naziri Nikol Paşinyan hələ ötən ilin dekabrında hökumətdə struktur islahatlarının aparılmasını, nazirliklərin sayının 17-dən 12-yə düşəcəyini açıqlamışdı. Həmin vaxt baş nazirin müavini olan Ermənistan parlamentinin hazırkı spikeri Ararat Mirzoyan bu ideyanı dəstəkləyərək, dövlət aparatının həddən artıq şişirdildiyini vurğulamışdı.

Qeyd edək ki, dövlət strukturunda islahatlar artıq başlayıb. Dövlət xərcləri üzrə komitədə 128 nəfər, Maliyyə Nazirliyində isə 84 nəfər ixtisara düşüb.

Xəbər lenti
0