BAKI, 1 fevral - Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, komissiyanın tərkibinə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin daxildir.
Yeni tərkib səsə qoyularaq təsdiq edilib.