Ölkəmizdə "donuz qripi"nın ilk dəfə aşkarlandığı tarix bəlli oldu

© Sputnik / Nigar MaharramliÜmumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qrip epidemiyası barəsində tədbir
Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə qrip epidemiyası barəsində tədbir - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda H1N1 virusu, yanılmıramsa, ilk dəfə olaraq ötən ilin sonlarında aşkarlanıb"

BAKI, 1 fevral — Sputnik. "Azərbaycanda H1N1 virusu, yanılmıramsa, ilk dəfə olaraq ötən ilin sonlarında aşkarlanıb. Yəni, təxminən, ötən ilin oktyabrında bu virus aşkarlanıb". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisinin rəhbəri Hande Harmancı deyib.

Hande Harmancı H1N1 virusunun aşkarlandığı 16 nəfərin yaş qrupu haqda isə məlumat verməyib: "Həmin şəxslərin yaş qrupu haqda məlumatsızam".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin təmsilçisi Cəvahir Süleymanova bu gün jurnalistlər üçün təşkil edilmiş mətbuat konfransında bu xəstəliyin Azərbaycanda ilk dəfə nə zaman aşkarlanması ilə bağlı məlumatsız olduğunu bildirmişdi.

Onu da vurğulayaq ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü tədbirində Azərbaycanda xəstəxanalara müraciət edənlərdən 16 nəfərin H1N1 virusuna yoluxduğu deyilib. 

Xəbər lenti
0