BAKI, 1 fevral - Sputnik. Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Mətbuat Şurası haqqında" və “Onlayn media haqqında” qanun layihələrinin hazırlanmasına ehtiyac olduğunu bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında deputat qeyd edib ki, bu təkliflər bir neçə dəfə səsləndirilib: "Təkliflərin nəzərə alınması müsbət addım olar".
Deputat Fazil Mustafa da onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını təklif edib: “Buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir”.