“Gürcüstan hökuməti Azərbaycanın mövqeyini nəzərə alacaq”

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlar abidənin ucadılmasına etirazlarını bildiriblər

BAKI, 1 fevral - Sputnik. “Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə alacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Parlament sədri bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.

Deputatlar da bu abidənin ucadılmasına etirazlarını bildiriblər.

Xəbər lenti
0