Sabahdan yeni qanun qüvvəyə minir

© Sputnik / Rahim MuradovBiləsuvar Gömrük Postu
Biləsuvar Gömrük Postu - Sputnik Azərbaycan
Abunə olmaq
Mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir

BAKI, 31 yanvar — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) vətəndaşlara xəbərdalıq edib. Bu barədə Sputnik Azərbaycan-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrük orqanlarından 15 nəfər qovulub

Məlumata görə, "Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun 1.2-ci maddəsinə (Gömrük Məcəlləsi maddə 113.1) əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir.

Qeyd olunan tələbin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1432-VQD nömrəli Qanununun 1.2-ci maddəsinə (İnzibati Xətalar Məcəlləsi maddə 485.2) əsasən göstərilən inzibati xətanın törədilməsinə görə inzibati tənbeh olaraq vəzifəli şəxslərin 1000 (min) manat məbləğində, hüquqi şəxslərin 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi müəyyən edilib.

Yuxarıda qeyd edilən qanunlar 1 fevral 2019-cu il tarixindən qüvvəyə minəcək. DGK vətəndaşlardan bu xəbərdarlığı nəzərə almalarını xahiş edir.

Xəbər lenti
0