Pornoaktrisaya görə ailəsini öldürdü

CC0 / stevepb / pistolSilahlı şəxs
Silahlı şəxs - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc 200 min dollar pulu bolqarıstanlı aktrisa ilə danışıqlara xərcləyir

BAKI, 31 yanvar — Sputnik. Amerikanın Florida ştatında 29 yaşlı kişi pornoaktrisaya görə valideynlərini və qardaşını öldürüb.

Meqan Markl və Harri - Sputnik Azərbaycan
Kral gəlininin adı "porno ulduz" qalmaqalında

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, yanvarın 25-də polis 59 yaşlı Çed Amato, onun həyat yoldaşı Marqaret və 31 yaşlı oğlu Kodinin meyitini tapıb. Hər üç şəxs odlu silahdan qətlə yetirilib. Hadisədən bir gün sonra isə evin kiçik oğlu Qran Amato həbs edilib.

Məlum olub ki, Qrant ailəsinin qətlində şübhəli hesab edilir.

Qeyd edilir ki, 2018-ci ilə qədər Qrant anesteziologiya fakültəsində oxuyub və feldşer işləyirmiş. Ancaq bir gün onun işlədiyi xəstəxanada 8 ədəd boş propofol ampulu – cərrahiyyə əməliyyatı zamanı istifadə olunan yuxu dərmanı tapılır. Araşdırma zamanı məlum olur ki, Qrant onları xəstəxananın ehtiyatından götürüb. Bundan sonra Qrant işdən və təhsil aldığı məktəbdən qovulur.

İşsiz qalan gənc valideynlərinin yanına köçür. Burada o boş vaxtlarını pullu pornosaytlarda keçirirmiş. Ancaq son üç ayda Qrant Bolqarıstandan olan pornoaktrisanı izləməyə və ona böyük məbləğdə pullar xərcləməyə başlayır. Qrant əvvəlcə ailəsinin 150 min dollarını oğurlayır, daha sonra ailəsinə məxsus evi banka qoyaraq 65 min dollar pul götürür və qardaşının silahını satır. Gənc 200 min dollar pulu bolqarıstanlı aktrisa ilə danışıqlara xərcləyir.

Bundan sonra valideynləri Qrantdan müalicə almağı tələb edir. Gənc buna razı olsa da, müalicə kursunu tam keçmir və bir neçə həftə sonra evə qayıdır. O, atasına bir daha qızla ünsiyyətdə olmayacağına söz verir. Lakin o yenidən qızla yazışmağa davam edir. Yanvarın 24-də valideynləri onun yalanını bilir və Qrantdan evi tərk etməyi tələb edir.

Qrant iddia edir ki, aralarındakı mübahisədən sonra evi tərk edərək Orlando şəhərində mehmanxanaya gedib. Bundan bir gün sonra onu polis tapıb.

Polis Qrantı ailəsini öldürməkdə şübhəli hesab edir.

Xəbər lenti
0