BAKI, 31 yanvar — Sputnik. Şair-dramaturq Orxan Bahadırsoyun yeni kitabı işıq üzü görüb. Sputnik Azərbaycan xəbər verir ki, "Kimsəsizlər Sığınacağı" adlı bu kitabda müəllifin müxtəlif mövzulu şeirləri, hekayələri və pyesləri yer alıb.
Bundan əvvəl "Fahişə Mələklər" (2012), "Günahdır səni sevmək" (2014) və "Şeir Adam" (2016) adlı kitabları çap olunan müəllifin yeni kitabında lirik-romantik və fəlsəfi şeirləri, "Saliva, "Ulduzların arasında", "Baldırğan otu" hekayələri, "Saçını satan aktrisa", "Kimsəsizlər Sığınacağı", "Zaman maşını" və "Terror" pyesləri toplanılıb.
"Kimsəsizlər Sığınacağı" kitabının təqdimat və imza mərasimi fevral ayının 8-i saat 19:00-da ADO teatrında keçiriləcək. Mərasimin 2 saat davam edəcəyi planlaşdırılır.
Kitabın təqdimat və imza mərasimində müəllifin bundan əvvəl çap olunan kitablarını da əldə etmək mümkün olacaq. Mərasimdə Orxan Bahadırsoyun şeirləri həm müəllifin özü tərəfindən, həm də gecənin xüsusi qonaqları olan aktyorlar tərəfindən səsləndiriləcək.