BAKI, 31 yanvar - Sputnik. Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 2-də gündüz və 3-də şimal-qərb küləyinin 15-18m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi daha bir məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün ilk günlərində hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13, bəzi günlərdə 2-4 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 3-8, bəzi günlərdə 10-15, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 11-29 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə şaxta (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-55 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 21-35 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 0-4 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-2, dağlarda 6-11 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 44-105 mm) gözlənilir.