Avropa İttifaqı ölkələrinin arasında divar tikilir

Abunə olmaq
Danimarka ixracatı qorumaq üçün maraqlı addım atır

BAKI, 31 yanvar — Sputnik. Danimarka qabanlardan qorunmaq üçün Almaniya ilə sərhəddə divar çəkəcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbr verir ki, Danimarka Almnaiya ilə sərhəddəki divara 12 milyon dollar pul xərcləyəcək. Artıq sərhədin tikintisinə başlanılıb.

Elektrik qorumalı olan yarımmetrlik divar ev donuzlarını vəhşi qabanlardan və onların xəstəliklərindən qorumaq üçün nəzərdə tutulub.

Donuzların qayğısına belə şəkildə qalmaq başa düşüləndir. Çünki ölkə xaricə donuz əti ixrac edir.

Xəbər lenti
0