SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Xalq şairi: “Rəsulzadəni tanımaq vətəndaşlıq borcumuzdur”

Abunə olmaq
Sabir Rüstəmxanlı: “Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib”

 

Sabir Rüstəmxanlı: “Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq”

“Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mübarizə yolunu bilmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur”, - deyə, Xalq şairi Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a bildirib.

“O, son minillik tariximizin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri, bəlkə də birincisidir. Onun Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında lider kimi gördüyü işlər danılmaz həqiqətlərdir. Onun taleyinin Cümhuriyyətdən sonrakı dövrü də çox keşməkeşli olub. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri istiqlaliyyət əldə etmək istəyən xalqların şüarına çevrilib. Onun milli həmrəyliyi ifadə edən fikirləri bütün dövrlər üçün dövlətin qorunmasında vacib şərtlərdən biridir. Biz tarixi şəxsiyyətlərimizin qədrini bilməliyik. Bugünkü dövlətimiz AXC-nin varisidir. Cümhuriyyət dəyərlərinə sayğı ilə yanaşmalıyıq”.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulub. Cümhuriyyətin süqutundan sonra mühacirətdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib.

Xalq şairinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0