BAKI, 31 yanvar — Sputnik. Gürcüstan paytaxtı Tbilisidə mənzillərdən birində qaz sızması baş verib. Sputnik Gürcüstan xəbər verir ki, Ketevan Tsamebuli prospektində yerləşən binalarından birində baş verən qaz sızması nəticəsində 7 nəfər ölüb.
Faktı Gürcüstan DİN də təsdiqləyib. Zəhərlənənlər bir otaqda yaşayıblar və qohumdurlar.
© Sputnik / Alex Shlamov Qaz sızması baş verən ev
![Tbilisidə 7 nəfər dəm qazından zəhərləndi Tbilisidə 7 nəfər dəm qazından zəhərləndi - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41918/83/419188358_0:0:1989:1488_600x0_80_0_0_0d394dc2719f01c232e3fafb89d2dfea.jpg)
Qaz sızması baş verən ev
© Sputnik / Alex Shlamov
Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalıblar və tikintidə işləyiblər.
Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.