SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Venesuela prezidenti onun qətlinə fərman verildiyini dilə gətirib

© REUTERS / Manaure QuinteroVenesuelada etirazlar
Venesuelada etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Məni qoruyurlar, bizim çox yaxşı müdafiə sistemimiz var"

BAKI, 30 yanvar — Sputnik. Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, Birləşmiş Ştatlar lideri Donald Tramp Kolumbiyaya onu öldürmək əmri verib və ona nəsə olacağı təqdirdə məsuliyyəti məhz bu ölkələr daşıyır.

Venesuela prezidenti Nikolas Maduro - Sputnik Azərbaycan
Maduro ABŞ-ın ölkəsindəki əsl hədəfini açıqladı

Sputnik Azərbaycan xəbər verir ki, bunu Venesuela prezidenti Maduro "RİA Novosti"yə müsahibəsində bildirib. "Birinci, mənim taleyim tanrının əlindədir. Mən xristianam, tanrının insanı qorumasına inanıram. Məni daima Venesuela xalqı qoruyur. Bizim çox yaxşı kəşfiyyat xidmətimiz var" - deyə Maduro qeyd edib.

O vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp onu öldürmək əmri verib: "O, Kolumbiya hökuməti, Kolumbiya mafiyasına məni öldürməyi əmr edib. Əgər bir gün mənə nəsə olsa, onda Donald Tramp və Kolumbiya prezidenti İvan Duke hər şeyə görə məsuliyyət daşıyacaq".

Maduro vurğulayıb ki, onu qoruyurlar: "Məni qoruyurlar, bizim çox yaxşı müdafiə sistemimiz var".

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Xəbər lenti
0