ELM

Prezidentin gözlənilməz qərarı təqdir olunur: Müasir dünya ilə ayaqlaşmaq lazımdır

© Sputnik / Pavel Lisitsyn / Mediabanka keçidБиблиотека, фото из архива
Библиотека, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəlki dövrlərlə müqayisədə kitabxanalara gedənlərin sayı indi qat-qat azdır, əvvəlki qələbəlik artıq yoxdur"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib. 

Kitab rəfi, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Kitabxanalar ləğv olundu - RƏSMİ

Dövlət başçısının bu fərmanından sonra əksər insanlarda müxtəlif suallar meydana gəlib. Oxucular maraqlanırlar ki, kitabxanalar hansı səbəbdən ləğv olunub və ləğv edilən kitabxanaların sonrakı aqibəti necə olacaq? Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Kitabxanaçı, kitabxanaşünas-ekspert Fikrət Mahmudov Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların ləğv edilməsini dəstəkləyir: "Həmin kitabxanalar günün tələblərinə cavab vermirdi. Cənab Prezidentin bu qərarı tam yerində və doğru qərardır. Çünki kitabxanaların başqa ölkələrin kitabxanaları ilə əlaqəsi olmalıdır. Kitabxanalarda istənilən insan üçün məlumatlar olmalıdır. Hazırda kitabxanalarda isə istənilən məlumatlar yoxdur. İndi kitabxanalarda kitabların əksəriyyəti köhnəlib".

"Əslində, kitabxanalar müasir standartlara cavab verməlidir, yeni məlumatlarla zəngin kitablar olmalıdır, 24 saat fasiləsiz işləməlidir. Bu cür yeniliklər bizim köhnə kitabxanalarda olmadığı üçün onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranırdı. Köhnələrin əvəzinə açılacaq yeni kitabxanalarda daha çox kitabxanaçıya iş yeri açılacaq. Bu da alqışlanası haldır" – deyə kitabxanaçı bildirib.

Təhsil eksperti Kamran Əsədov da bildirib ki, bir çox, xüsusilə bölgələrdəki, ucqar rayon və kəndlərdəki, eyni zamanda məktəblərdəki kitabxanaların vəziyyəti heç də qənaətbəxş deyil: "Əvvəlki dövrlərlə müqayisədə, kitabxanalara gedənlərin sayı indi qat-qat azdır, əvvəlki qələbəlik artıq yoxdur. Həmçinin, kitabxanaların texniki imkanları müasir standartlara cavab vermir, müasir kitablar kitabxanalara gəlmir".

"Digər tərəfdən isə, artıq elektron resurslar dövrüdür və insanlar internet vasitəsi ilə daha çox informasiya əldə edə bilirlər, bu da kitabxanalara tələbatı azaldır. Bəzi kitabxanalar formal sənəd üzərində var, ora illərlə insanlar getmir. Hətta həmin kitabxanalarda işləyənələrin əksəriyyəti ixtisasca kitabxanaçı deyil" – deyə ekspert qeyd edib.

Yazıçı Reyhan Şıxlinskaya - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçının əsəri Ukraynanın elektron kitabxanasına daxil edilib

K.Əsədov onu da vurğulayıb ki, bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da, bir məqsədə qulluq edir - təhsil və təlim hamı üçündür: "Buna görə də məktəb kitabxanalarının mütəxəssisləri hər kəsə və hamıya eyni prinsiplə yanaşırlar. Hər bir məktəb kitabxanası məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərməlidir".

Ekspert hesab edir ki, həm də kitabxanalarımızın vəziyyətinin yaxşılaşdırılmasına, elektronlaşmasına ehtiyac var: "Prezidentin bu istiqamətdəki son fərmanını dəstəkləyirəm. Bu, mütləq öz müsbət nəticəsini, səmərəsini verəcək, insanlar yenidən kitabxanalara qayıdacaq".

Xəbər lenti
0