BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başsağlığı məktubu imzalayıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!