İranda küçədə itlə gəzmək qadağan olundu

© pixabay / Lenka Novotnáİtlə gəzintidə, arxiv şəkli
İtlə gəzintidə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tehran polisi qadağanın qoyulmasının səbəbini itlərin insanlar arasında qorxuya səbəb olması ilə izah edib

BAKI, 30 yanvar — Sputnik. İranın paytaxtı Tehranda küçələrdə it gəzdirmək qadağan olunub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu qadağada əsas məqsəd əhalini it bəsləməkdən yayındırmaqdır. Yeni qadağa ilə ictimai nəqliyyatda da it gəzdirilməsinin qarşısı alınmış olacaq.

İt, arxiv şəkli - Sputnik Azərbaycan
Yola çıxan it 40 nəfərin faciəsinə səbəb oldu

Tehran Baş Polis İdarəsi isə belə bir qadağanın qoyulmasının səbəbini itlərin insanlar arasında qorxuya səbəb olması ilə izah edib.

Qeyd edək ki, 5 il bundan öncə də İran parlamentində küçələrdə itlərin gəzdirilməsinin qadağan edilməsi üçün qanun layihəsi təqdim olunmuşdu. Bu qanun layihəsində it gəzdirən şəxslərin cərimələnməsi, hətta kötəklənməsi də təklif edilirdi.

Xatırladaq ki, İranda 1979-cu ildən etibarən itlərin ev heyvanları olub- olmaması məsələsi müzakirə predmetinə çevrilib. Ölkənin dini liderləri it bəsləmənin qərb mentalitetinə məxsus bir adət olduğunu, bunun İslama yad olduğunu deyiblər. Bu səbəbdən də 2010-cu ildən etibarən mediada ev heyvanları və digər heyvanlarla bağlı reklamlar da qadağan edilib.

Xəbər lenti
0