"Mən valideynlərinə pul verib səni almışam" – 12 yaşlı kiçik "qadının" dramı

CC0 / Ilona / ShoesGəlinlik ayaqqabısı
Gəlinlik ayaqqabısı - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il 700 milyon qız uşaq ikən ərə verilir

BAKI, 30 yanvar — Sputnik. Erkən evliliyin ən çox müşahidə olunduğu ölkələrdən biri də Hindistandır. Burada 18 yaşına çatmamış qızlar ərə verilir. Hətta bir çox hallarda valideynlər öz qızlarını əşya olaraq pul müqabilində satırlar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Heydərabad şəhəri bu alverin ən qızğın olduğu yerlərdən biri hesab edilir. Bir sıra ölkələrlə ticari əlaqələri olan bu şəhərdə qızların pul müqabilində satılması üçün bazarlar da təşkil edilir. Bu şəhərə gələn kişi turistlərin əsas məqsədlərindən biri məhz qadın bazarından qız almaq olur. Bu turistlərin məqsədi istədikləri zamanadək qarşı tərəfin razılığı olmadan onunla birgə yaşamaqdır.

Hindistanda bu cür evliliklər saxta adlandırılır. Yəni, belə kasıb ailələr güzəranlarını yaxşılaşdırmaq üçün qızlarını satır. Müəyyən müddətdən sonra isə qızlar yenidən öz evlərinə geri dönürlər.

12 yaşında 70 yaşlı kişi ilə “ailə həyatı” qurmağa vadar edilən Munera Bequma ailəsi tərəfindən bu bazarda satılıb.

Munera deyir ki, keçmiş “həyat yoldaşı” hər dəfə valideynlərindən pul müqabilində aldığını xatırladıraq, onu zorla cinsi əlaqəyə vadar edir, onunla vəhşicəsinə davranırmış: "Deyirdi ki, sən mənimsən. Sənlə necə istəsəm davranaram. Səni istədiyim qədər istifadə edəcəyəm, deyirdi. Davamlı olaraq etirazlarıma cavab kimi isə ağzımı yummağı tələb edirdi".

© gorgtv12 yaşında 70 yaşlı kişi ilə “ailə həyatı” qurmağa vadar edilən Munera Bequma
Mən valideynlərinə pul verib səni almışam – 12 yaşlı kiçik qadının dramı - Sputnik Azərbaycan
12 yaşında 70 yaşlı kişi ilə “ailə həyatı” qurmağa vadar edilən Munera Bequma

"Onunla ailə həyatı quranda nə olduğunu anlamırdım. Təhsilsiz idim. İlk gecə dəhşətli bir gün kimi yadımda qalmışdı. Ondan qurtulmaq üçün evdən qaçmaq istəyirdim. Amma o bunu bilib evin qapı-pəncərələrini bağlamışdı. Evdən qaçdıqda isə məni kötəkləyir, işgəncə verirdi" – deyə qız nəql edib.

Muneranın anası kasıb olduğu üçün onu satdıqlarını deyib. O, ailəsinin, övladlarının güzəranını yaxşılaşdırmaq üçün bu yola əl atdığını bildirib.

Qeyd edək ki, Hindistanda hər il 18 yaşından aşağı olan 24.6 milyon qız bu cür satılır. Hər il dünyada 20-30 milyon şəxs insan alverinin qurbanı olur. Onların 80 faizini isə qadınlar təşkil edir.

girlsnotbrides.org-un dərc etdiyi rəsmi hesabata görə isə dünyada hər 5 qız uşağından biri erkən evliliyə vadar edilir.

UNİCEF (Uşaq Hüquqları Agentliyi) isə yaydığı hesabatda isə qeyd edir ki, hər il dünyada təxminən 700 milyon qız uşağı erkən ərə verilir. Təşkilatın hesabatına görə, bu gedişlə 2030-cu ilədək rəqəmlər 950 milyon olacaq.

Xəbər lenti
0