Daha bir sığorta şirkəti fəaliyyətini dayandırır

© Sputnik / Anar MustafayevДоговор страхования и калькулятор
Договор страхования и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
«AXA MBASK» sığorta bazarında fəaliyyətini dayandırır

BAKI, 30 yanvar — Sputnik. Azərbaycanın aparıcı sığorta şirkətlərinən olan «AXA MBASK» sığorta bazarında fəaliyyətini dayandırır. Belə ki, şirkət artıq yeni müqavilələr bağlamır. Sputnik Azərbaycan-a “AXA MBASK”ın əməkdaşı Şahin İsmayılov bu barədə ətraflı məlumat verib.

O bildirib ki, bir il müddətinə şirkət bazarda qalacaq: “İcbari, yaşıl kart və səyahət sığortaları satırıq. Şirkət fəaliyyətini məhdudlaşdırıb. Yeni müqavilələr bağlanmayacaq. Az risk tələb edən məhsullar satılır. Könüllü sığorta növləri, həmçinin əmlak və kasko sığorta müqavilələri isə qəbul edilmir".

"Bir il müddətinə sığortası olan müştərilərə xidmət davam edəcək. Amma müqaviləsi bitəcək müştərilər ilə müqavilə yenilənməyəcək. Odur ki, hal-hazırda müqavilələri olan müştərilər narahat olmasın. Tam olaraq onlara xidmət göstərməkdə davam edirik” - deyə Ş.İsmayılov vurğulayıb.

 

Xəbər lenti
0