BAKI, 30 yanvar - Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) bir neçə idarəsi ləğv edilib. BŞİH-dən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.
Bildirilir ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə: Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzi əksini tapmayıb.
Həmin idarələrin rəhbərləri və digər işçiləri isə sərəncama götürülüb.