Yerevanda sabiq deputatın obyektində atışma – Ölən və yaralılar var

© TETRamМелик Манукян
Мелик Манукян - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda hadisə nəticəsində ölən və 8 yaralının şəxsiyyəti dəqiqləşdirilir

BAKI, 29 yanvar — Sputnik. Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyanın restoranında baş verən atışma nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Sputnik Ermənistan "Shamshyan.com"-a istinadən xəbər verir. 

Ordu gününə hazırlıq, arxiv şəkli - Sputnik Azərbaycan
Ermənistan müdafiə nazirindən acı etiraf: “Resursumuz yoxdur”

Belə ki, yanvarın 29-u gecə saatlarında Kotayk polis idarəsinə Yerevan və Abovyan xəstəxanasından bir neçə vətəndaşın gətirildiyi və onlardan birinin öldüyünə dair məlumat daxil olub.

Xəstəxanaya gələn polislər və müstəntiqlər həmin şəxslərin Çiçəklənən Ermənistan Partiyasından seçilən sabiq deputat Melikset Manukyana məxsus "Partez" restoran kompleksindən gətirildiyini öyrəniblər.

Hazırda hüquq mühafizə orqanları restoranda işlər aparır. Restoranda ərazisi döyüş meydanına bənzəyir. Atışma zamanı "Makarov" və "TT" tipli tapançalar da daxil olmaqla bir sıra silahlar, giliz və güllələr tapılıb. Həmçinin hadisə yerində qan izləri olan ling də götürülüb. Zərərçəkənlərin olduğu otaqda, həmçinin kart da aşkarlanıb.

Hazırda hadisə nəticəsində ölən və 8 yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Xəbər lenti
0