Hollivud filminin ssenarisi Yaponiyada təkrarlanır

CC0 / Sasin Tipchai / FlirtingFlirt, arxiv şəkli
Flirt, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Nə qədər yaddaşımı itirsəm də, əminəm ki, onu yenidən sevə biləcəyəm", - deyə qız əlavə edib.

BAKI, 29 yanvar — Sputnik. Yaponiyada Maruyema adlı qız avtomobil qəzasından sonra yaddaşını ititrərək öz nişanlısı ilə dəfələrlə yenidən tanış olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 24 yaşlı qız velosipedlə gedən zaman avtomobilin altına yıxılıb. Komadan ayıldıqdan sonra qız yaxınlarını və tanışlarını, o cümlədən 2,5 il görüşdüyü çinli Li Xuayuyanı tanıya bilməyib.

Salvatore Mannino - Sputnik Azərbaycan
Yaddaşını “itirən” kişi çərənçi qayınanasından qaçıbmış

Li isı ümid edib ki, Maruyemanın yaddaşı zamanla qayıdacaq. Ancaq qəzadan iki ay sonra qız komadan sonra baş verənləri unutmağa başlayıb. Bundan sonra yaddaş itkisi hər gün baş verməyə başlayıb. Qız hər gün səhər yuxudan oyananda nə insanları tanıyıb, nə də baş verənləri xatırlaya bilib. Planlaşdırılmış toy da təxirə salınıb. Amma Li məğlub olmayıb. O hər gün qıza özü haqqında danışıb və ona tanış olduqları barədə sübut göstərib. Bundan sonra qız həkimlərin məsləhəti ilə gündəlik tutmağa başlayıb. Hər gün onu oxuyaraq yaddaşını yeniləyə bilib.

Bir gün Maruyama Liyə ayrılmağı məsləhət görüb. Başqa gün isə qız Liyə evlənmək təkilf edib. "Yaddaş pozuntusuna görə mənim onu dəfələrlə sevmək şansım var" - deyə qız Yaponiya telekanallarından birinə danışıb.

"Nə qədər yaddaşımı itirsəm də, əminəm ki, onu yenidən sevə biləcəyəm", - deyə qız əlavə edib.

Qeyd edək ki, Hollivudun məşhur "50 birinci öpüş" filmində də oxşar hadisə baş verir. Filmdə baş qəhrəman Lüsi (Dryu Berrimor) qəzadan sonra yaddaşını itirir və sevgilisi Henri (Adam Sandler) ilə hər gün yenidən tanış olur.

Xəbər lenti
0