BAKI, 29 yanvar — Sputnik. Tanınmış futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem cütlüyü bu dəfə dəbdəbəli villaları ilə gündəmə gəliblər.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Londonun "Holland Park" adlı ərazisində yerləşən möhtəşəm evin 6 yataq otağı var. Ailənin hər 4 övladı ayrı-ayrı yataq otağında qalır.
Qeyd edək ki, 3 mərtəbəli bu ev Bekhem ailəsi tərəfindən 2013-cü ildə alınıb. Ailə 3 il davam edən təmir işlərindən sonra 2016-cı ildə villaya köçüb. Hazırda evin qiymətinin 41 milyon dollar olduğu bildirilir.