CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Gömrük Komitəsi ittihamlara cavab verdi

Abunə olmaq
Qeyd olunan faktla bağlı araşdırma aparıldığından hələlik onun nəticələri barədə hər hansı açıqlama vermək məqsədəuyğun deyil və araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək

BAKI, 29 yanvar - Sputnik. Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində həyata keçirilən rüşvət, korrupsiya və inhisarçılığa qarşı mübarizə tədbirlərini şübhə altına alan yazılar, şərhlər yayımlanıb. Bu barədə Sputnik Azərbaycana Gömrük Komitəsindən məlumat verilib.

Dövlət Gömrük Komitəsinin əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrük orqanlarında 100-dən artıq əməkdaş işdən azad olunub

Məlumatda qeyd edilir ki, ATEF adlı şirkət tərəfindən xammal şəklindəki əlvan metalların hazır məhsul adı altında Bakı Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda kodu bilərəkdən dəyişdirilərək sənədləşdirildiyi və "Qırmızı Körpü" gömrük-keçid məntəqəsində həmin yükü daşıyan nəqliyyat vasitələrinin saxlanıldığı iddia edilir.

DGK vurğulayır ki, yazıda iddia olunduğu kimi gömrük orqanları tərəfindən ATEF şirkətinə məxsus yükləri daşıyan hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb. Lakin qeyd olunan istiqamətdə başqa şirkətlərə məxsus nəqliyyat vasitələri saxlanılıb ki, hal hazırda da Qərb Ərazi Baş Gömrük İdarəsində müvafiq araşdırmalar aparılır. Üstəlik araşdırma konkret olaraq malların düzgün bəyan olunmaması istiqamətində aparılır və korrupsiya faktının mövcudluğu haqqında araşdırmaların nəticəsindən sonra fikir söyləmək mümkün ola bilər.

Digər tərəfdən istər gömrük orqanlarında, istərsə də digər dövlət təsisatları və ya özəl qurumlarda qanundankənar əməllərin törədilməsi mümkündür. Lakin bu faktı həmin qurumun rəhbərliyinin bilgisi daxilində baş vermiş kimi ictimailəşdirmək və şərh etmək, birbaşa həmin qurumun rəhbərliyinə qarşı qaralama kampaniyası təşkil etmək ən azı mədəniyyətsizlikdir.

Üstəlik korrupsiya, rüşvət, bir sözlə gömrük qanunvericiliyin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Qeyd olunan faktla bağlı araşdırma aparıldığından hələlik onun nəticələri barədə hər hansı açıqlama vermək məqsədəuyğun deyil və araşdırmaların sonunda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Kimlərinsə ucuz sensasiyalar hesabına özünü cəmiyyətə "qəhrəman" kimi təqdim etməsinə isə ehtiyac yoxdur. Bu faktlar birbaşa gömrük orqanları tərəfindən aşkar edilib və araşdırılır, vəziyyət DGK-nın aidiyyəti qurumlarının nəzarəti altındadır.

Ancaq son dövrlərdə gömrük sistemində həyata keçirilən və artıq nəticələri cəmiyyətin müxtəlif təbəqələri tərəfindən yüksək qiymətləndirilən islahatlar prosesinə əsassız iddialarla kölgə salmağa çalışmaq ən azı ədalətsizlikdir.

Председатель Государственного таможенного комитета Азербайджана Сафар Мехдиев  - Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsinin sədri gələn il reallaşdırılacaq islahatları açıqladı

"Tovuz Gömrük İdarəsi"nin aylardır ləğv edilməsindən, "Sınıq Körpü" adlı gömrük postunun adının dəyişdirilməsindən xəbərsiz olanların bu yazını hansi "əziyyətlə" və "zəhmətlə" hazırladığı, "dərin" araşdırmalar apardığı göz qabağındadır. Bu yazını hazırlayanların kimlərin dəyirmanına su tökdüyü gömrük sistemindən az-çox xəbərdar olan hər kəsə yaxşı məlumdur və artıq şərhə ehtiyac görmürük. Bir məsələni xatırlatmaqda isə yarar var.

Dövlət Gömrük Komitəsi qarşısında ölkənin iqtisadi təhlükəsizliyni qorumaq, ixrac və tranzit potensialını artırmaq, sahibkarlığın inkişafına münbit şərait yaratmaq, şəffaflığı təmin etmək kimi mühüm vəzifələr qoyulub və bu vəzifələrin öhdəsindən layiqincə gəlindiyi hətta dünyanın ən mötəbər gömrük mütəxəssisləri tərəfindən qeyd olunaraq yüksək qiymətləndirilib, Azərbaycan gömrüyünün, xüsusilə şəffaflığın əldə olunması sahəsindəki təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Əslində gömrük xidmətinə qarşı xüsusi qaralama kampaniyası aparanların, bu kimi yazıları sifariş edənlərin də gömrük orqanlarının şəffaflığın təmin olunması istiqamətində əldə etdiyi təcrübələrdən faydalanması, öz daxillərində və təfəkkürlərində korrektələr etməsi yararlı olardı.

Xəbər lenti
0