Azərbaycanda əcnəbilərlə bağlı qərara mühüm dəyişiklik edilib

© Photo : DMX-nin mətbuat xidmətiQanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 əcnəbi saxlanılıb
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 68 əcnəbi saxlanılıb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar

BAKI, 29 yanvar — Sputnik. "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatətinin nümunəsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 87 nömrəli Qərarında dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Belə ki, NK-nın 2014-cü il 19 mart tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Viza almaq üçün ərizə-anket"in 38-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilib:

"Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar".

Xəbər lenti
0