Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 29 yanvar — Sputnik. Rusiyada məşhur olan azərbaycanlı ekstrasens Aqil Məhərrəmov öz sahəsinin ən güclü peşəkarlardan biri sayılır. O, dəfələrlə Ukraynada "Voyna mirov" (Aləmlərin savaşı), Rusiyada "Bitva ekstrasensov" (Ekstrasenslərin döyüşü) kimi ekstrasenslərlə bağlı layihələrdə iştirak edib. Məhərrəmov bu layihələrin hamısında ən yaxşı iştirakçı kimi özünü göstərib. Eyni zamanda o, uzun müddət Rusiyanın məşhur "Komsomolskaya pravda" qəzetinin "Qoroskop" bölməsinin müəllifi olub. Öz ekstrasenslik qabiliyyətləri və 2019-cu ilin proqnozları barədə Aqil Məhərrəmov Sputnik Azərbaycan-a ətraflı bəhs edib.
- Aqil hal-hazırda sizə nəinki təkcə Rusiyada, elə Azərbaycanda da böyük tələbat var. Bilmək istəyərdik ki, hər iki ölkənin vətəndaşları sizə daha çox hansı problemlə bağlı müraciət edirlər?
- Bəli, siz haqlısınız, mən iki ölkə arasında bölünmək məcburiyyətindəyəm. Adətən on gün Rusiyada, on gün də Azərbaycanda oluram. Təyyarə ilə uçuşlardan çox yoruluram. Azərbaycanda adamlar əsasən öz şəxsi həyatlarını qaydaya salmaq üçün yanıma gəlirlər. Bununla yanaşı, müraciətlərin çoxu insanların səhhəti ilə bağlı olur, hansı ki, onların xəstəliyini tibbin köməyilə müəyyən etmək mümkün deyil. Bunlar insanların bir-birilərinə qarşı etdikləri mənfi təsirlərdən yaranırlar. Rusiyada isə adamları daha çox şəxsi biznesləri, onun necə idarə olunması, necə inkişaf etdirilməsi və uğura necə nail olmaq maraqlandırır. Rusiyada müraciət edənlərin cəmi 30%-i öz şəxsi həyatı ilə bağlı problemlərə görə mənə müraciət edir.
- Sizcə niyə hazırda insanlar öz problemlərinin həlli üçün tez-tez ekstrasenslərə müraciət edirlər? Bu maraq nə ilə bağlıdır?
- Bu, onunla bağlıdır ki, insanlar öz gələcəklərindən narahatdırlar. Hər bir biznesmen bilmək istəyir ki, onun yatırdığı sərmayənin aqibəti bir müddətdən sonra nə olacaq. Çünki son zamanlar dollar tez-tez qalxıb-düşür. Hamı risk etməkdən qorxur ki, axırda müflisləşər.
Həmçinin bilirsiniz ki, əvvəllər valideynlər öz uşaqlarını daha çox qohumlarla evləndirirdilər. İndi isə vəziyyət dəyişib. Qız və oğlanlar onların ailələrinə tamamilə yad olan adamlarla ailə qururlar. Bu fakt valideynlərini narahat edir və onlar ekstrasenslərə müraciət edirlər ki, onların övladlarının seçdikləri adamla evlilikləri nə dərəcədə uğurlu olacaq.
- Siz cadunu, gözdəyməni və digər neqativ təsirləri aradan qaldıra bilirsizmi? Ümumiyyətlə, bütün bunlardan necə qorunmaq olar?
- Bəli, mən çətinliyinə baxmayaraq hər cür neqativ təsirləri aradan qaldırıram. Amma bunun üçün əvvəlcə insana diaqnoz qoymaq lazımdır. Elə neqativ təsirlər var ki, onlar ekstrasenslərin özlərinə zərər verə bilərlər. Belə hallarda köməkdən imtina edirəm. Bütün bunlarla yanaşı, mən insanları bütün neqativlərdən qoruyan talisman düzəldirəm. Həmçinin mağazalarda da böyük həcmdə bu qəbildən olan əşyalar satılır. Bilirsiz, bütün bunlar insan psixologiyasından asılıdır. Əgər o, daşın onu bütün pisliklərdən qoruduğuna inansa, daş həqiqətən də onu qoruyacaq. Mağazalarda satılan xüsusi aksessuarlar işə yaramır, çünki onlara heç kəs enerji verməyib.
- Deyirlər ki, ekstrasenslər başqalarına kömək edərkən onların problemlərini öz üzərlərinə çəkirlər. Bu, həqiqətən də belədir?
- Bu daha çox xəstəliklərin müalicəsi ilə məşğul olan türkəçarələrə aiddir. Onlar bütün bu xəstəlikləri öz üzərlərinə götürürlər. Əgər onlar sonra bütün bu problemləri özlərindən kənara ata bilirlərsə, müalicə ilə məşğul ola bilərlər, əgər bilmirlərsə, onda yaxşı olar ki, bu işlə məşğul olmasınlar. Mən nə vaxtsa türkəçarəliklə məşğul olmuşam, amma indi səhhətimlə əlaqədar olmuram.
- İnsanın taleyini dəyişmək mümkündürmü?
- Allah özü qabaqcadan təyin edir ki, adam nə vaxt anadan olacaq, nə vaxt öləcək, hansı ailədə doğulacaq, onun neçə uşağı olacaq. Amma insan taleyinə harada işləyəcəyi, nə qədər əməkhaqqı alacağı yazılmayıb, bütün bunlar artıq bizim seçimimizdən asılıdır. Seçimlə bağlı olan hər şeyi dəyişmək mümkündür.
- Siz ilk dəfə nə vaxt ekstrasenslik qabiliyyətinizin olduğunu müəyyən etmisiz və onun Allah vergisi olduğunu dərhal başa düşmüsüz?
- Mən bunu Allah vergisi adlandırmazdım. Mənə elə gəlir ki, bu, daha çox Allahın cəzasıdır, nəinki vergisi. Mən iki ay - yanvarın 1-dən fevralın 27-nə qədər ölüm yuxusunda olmuşam. O vaxt mənim 13 yaşım olub. Oyanandan sonra özümdə qeyri-adi qabiliyyətlər kəşf etdim. Valideynlərim düşünürdü ki, məndə psixi pozğunluq yaranıb. Zamanla, öncəgörmələrim gerçəkləşməyə başlayanda, onlar mənə inanmağa başladır. Bizim nəsildə doğuluşdan qeyri-adi qabiliyyətlərə malik adamlar var.
- Deməli, bu qabiliyyətlər sizə irsən keçib?
- Bizdə cadigər, türkəçarə və seyid var. Məndə isə bütün bunlar birləşib. Əvvəlcə, ilk dəfə ruh görəndə bu qabiliyyətlərim məni qorxudurdu, sonra isə buna alışdım. Hətta o da xoşuma gəlməyə başladı ki, mən hamı haqqında hər şeyi bilirəm, amma heç kəs mənim haqqımda heç nə bilmir. İndi heç bir sevinc hissi keçirmirəm. Bu, çətindir. Mənə çox adam şagirdim olmaq üçün müraciət edir. Amma hamısından imtina edirəm. Rusiyada cəmi iki şagirdim var. Onlardan sonra heç kəsi götürmədim. Səbəbi budur ki, heç kəsin ekstrasens olmasını arzulamıram.
- Siz hansısa adam haqqında proqnoz verərkən informasiyanı haradan alırsız?
- Mən adamın energetika sahəsini görürəm və gözlərimin qarşısında film kimi müəyyən kadrlar yaranmağa başlayır. Onların arasında həm rəngli, həm də ağ-qara kadrlar olur. İnsana ancaq rəngli kadrların nə göstərdiyini demək olar, ağ-qaranı isə o özü yaşamalıdır.
- Nə zamansa öz proqnozlarınızda yanılmısız?
- Bütün insanlar səhv edir. Heç kəs deyə bilməz ki, onun sözləri 100% həqiqətdir. Biz Allah deyilik. Ancaq 70-80% düz deyə bilərik, 20-30% dəqiq olmaya bilər. Bu normaldır.
- Siz "Voyna mirov", "Bitva ekstrasensov" kimi layhələrdə iştirak etmisiz. Elə verlişlər varmı ki, orada iştirak etmək istəyisiz?
- Heç bir layihədə iştirak etmək istəmirəm. Hesab edirəm ki, artıq hamıya hər şeyi sübut etmişəm və daha insanlara qabiliyyətlərimi sübut etməyə ehtiyac yoxdur. Əgər Amerikada və digər xarici ölkələrdə bu cür verilişlərə dəvət etsələr, məmnuniyyətlə iştirak edərəm.
- Rusiyada ekstrasenslər arasında çox böyük rəqabət var. Siz onlardan nə ilə fərqlənirsiz?
- Hər bir sahədə öz işinin peşəkarları var və onlara həmişə tələbat olur. Məni onlardan fərqləndirən başlıca cəhət biznesin inkişafı ilə peşəkar səviyyədə məşğul olmağım və insan orqanizmi ilə bağlı çox yaxşı diaqnoz qoymağımdır. Məni hətta Rusiyada USM-adam adlandırırlar.
- Əsl ekstrasensləri fırıldaqçılardan necə ayırmalı?
- Əgər adam sizin keçmişinizi görürsə və onlar praktiki olaraq üst-üstə düşürsə, ona inanmaq olar. Əgər ekstrasens ümumi ifadələrlə danışırsa və onun sözlərində konkretlik yoxdursa, deməli, o, fırıldaqçıdır. Hər bir insanın həyatında yüksəkliş və enmə var. Ekstrasenslər bunu bilməlidirlər.
Посмотреть эту публикацию в Instagram
- Sizə rusiyalı ulduzlar çox müraciət edir?
- Azərbaycanda da məşhurlar müraciət edir. Amma daha çox Rusiyada müraciət edirlər. Onların adlarını çəkə bilmərəm. Mən onların hamısı ilə dostluq edirəm. Hər bir ekstrasens konfedensiallığı qorumalıdır və öz müştərilərinin adlarını açıqlamamalıdır. Mənə tez-tez məmurlar da müraciət edirlər. Hətta onlardan biri 2018-ci ildə Rusiya prezidentliyi uğrunda mübarizə aparmışdı. O bilmək istəyirdi ki, onun platforması gələcəkdə irəliləyəcəkmi və o, rüsvay olmayacaq ki?
- Bu günlərdə Rusiya nəşrlərindən birinə müsahibəsində azərbaycanlı ekstrasens Zirəddin Rzayev "Bitva ekstrasensov" layihəsinin iştirakçılarını aferistlər, verlişin özünü isə şou adlandırmışdı. Onun dedikləri ilə razısız?
- Onun dedikləri ilə qəti razı deyiləm. Bu onun şəxsi fikridir. Deyə bilmərək ki, bu layihənin bütün mövsümlərdəki iştirakçıları hamısı güclüdür. Misal üçün, Zirəddin Rzayevin iştirak etdiyi "Bitva ekstrasensov"da üçüncü yeri tutan Kajetta Axmetcanova heç nə bilmir. Amma Viktoriya Subbota, Yelena Qolunova kimi ekstrasensləri fırıldaqçı adlandırmaq olmaz. Onlar qeyri-adi qabiliyyətlərini nümayiş etdirirlər. Hesab edirəm ki, Zirəddin bütün həmkarlarına bu ifadələrlə müraciət etməməlidir. Amma mən onun sözlərinə hörmətlə yanaşıram.
Посмотреть эту публикацию в Instagram
- Moskva şəhər Dumasının deputatı, İctimai birliklər və dini təşkilatların işi üzrə komissiyanın sədri Anton Paleyev bu yaxınlarda Rusiyada Maqlar Nazirliyi təsis etmək təklifini irəli sürüb. Sizcə bu nə dərəcədə mümkündür?
- Düzünü desəm, mən ancaq bunun lehinəyəm. Rusiyada bütün ekstrasenslər dövlətə vergi ödəyirlər. Gələcəkdə Maqlar Nazirliyi yaradılsa, mən çox şad olaram. Bu, ekstrasenslər arasındakı fırıldaqçıların sayının azalmasına kömək edərdi. Düşünürəm ki, bu nazirlik iki-üç ilə açılacaq. Mən çox istərdim Azərbaycanda da elə bir təşkilat yaransın ki, o, ekstrasensləri, onların qabiliyyətlərini yoxlasın. Onlar vergi ödəyə və gələcəkdə pensiya ala bilərlər.
- Aqil, nəhayət bizi 2019-cu ildə nə gözləyir?
- Mən hələ 2017-ci ildə demişəm ki, zamanla müxtəlif ölkələrdə hakimiyyətə qadınlar gələcək. Buna misal olaraq, bu yaxınlarda zərif cinsin nümayəndəsinin Gürcüstanın prezidenti seçilməsini deyə bilərəm. Amerikada isə Donald Trampdan sonra Hillari Klinton prezident olacaq. Bundan sonra mənə elə gəlir ki, qadın siyasəti daha da inkişaf edəcək. İnsanlar daha aqressiv olacaqlar. Bu aqressiyanın səbəbi iqtisadiyyat olacaq. 2019-cu ildə hansısa qlobal problemlərin olacağını görmürəm. Azərbaycana gəlincə, o, inkişaf etməkdə davam edəcək. Hələlik ölkə iqtisadiyyatı sabit qalacaq.