Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəhşətli qətlin detalları: Yaşlı qadını kim öldürüb?

© REPORTHadisə yerində polis avtomobili
Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Polisdən onu da bildiriblər ki, Kucayevanın oğlu iki ay müddətində anasının vəziyyəti ilə maraqlanmayıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 27-də axşam saat 20:00-da Bakının Xətai rayonundakı mənzilində meyiti tapılmış yaşlı qadının iki ay əvvəl öldürüldüyü məlum olub. Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Cinayətin qurbanı Xətai RPİ-nin 35-ci polis bölməsinin ərazisi olan İnqilab İsmayılov küçəsindəki 52 nömrəli çoxmənzilli evlərdən birində yaşayan 83 yaşlı Patimat Kucayevadır.

Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, qatil qurbanının baş nahiyəsinə 7, sifətinə 2, boynuna isə 1 bıçaq zərbəsi endirib. Qadının cəsədini ilk olaraq qonşular aşkarlayıb. Kucayeva bir neçə gün adam arasına çıxmayıb və bu, qonşuları tədirgin edib.

Patoloqoanatomlar qadının öldürüldüyü vaxtı təyin edə biliblər. O, 2 ay əvvəl qətlə yetirilib. Onlar qadının bədənində 20-yə yaxın bıçaq zərbəsi sayıblar. Hələlik faktla bağlı şübhəli qismində heç kəs saxlanmayıb. Kriminalistlər qatilin qadın ola biləcəyini istisna etmirlər.

Polisdən onu da bildiriblər ki, Kucayevanın oğlu iki ay müddətində anasının vəziyyəti ilə maraqlanmayıb. O, anasının ölümü ilə bağlı məlumatlandırılandan sonra cəsədi dəfn etmək üçün morqdan götürüb.

Xəbər lenti
0